“TƏBİƏTIN ULU NEMƏTİ NOVRUZ” ADLI TƏDBİR KEÇİRİLİB

214

19 mart 2022-ci il tarixdə Kürdəmir Regional Mədəniyyət İdarəsinin İmişli rayonununda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin təşkilatçılığı ilə İmişli rayon Mədəniyyət Mərkəzində Novruz bayramına həsr olunmuş tədbir keçirilib. “Təbiətin ulu neməti Novruz” adlı tədbirdə xalqımızın milli adət-ənənələrini özündə birləşdirən bayrama həsr olunmuş səhnələr, xalq oyunları, nümayiş etdirilib, rayonun incəsənət ustalarının ifasında bayram musiqiləri səsləndirilib.
Kosa və Keçəlin maraqlı çıxışları, Bahar qızın bayram təbriki tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Mənbə: Aran bölgəsi rəhbəri_MEHMAN NƏSİROV