Şuşada “ASAN xidmət” Mərkəzi açılacaq

192

Şuşada “ASAN xidmət” Mərkəzi açılacaq.

“Qafqazinfo” xəbər verir ki, bunu ASAN sədri Ülvi Mehdiyev bildirib.

Qurum rəhbəri bildirib ki, bununla bağlı dövlət başçısının tapşırığı var:

“Məqsəd işğaldan azad edilmiş ərazilərə köçürüləcək vətəndaşlarımızın dövlət xidmətlərindən rahat istifadəsini təmin etməkdir. Onlara dövlət xidmətlərinin çatdırılması üçün “ASAN xidmət” Mərkəzi qurulacaq. Bu, ən tez Şuşada baş verəcək. Şuşada artıq müəyyən layihə də təsdiq olunub”.