Sabunçuda sərnişin avtobusu “KamAZ”la toqquşdu — Ölən var

132

Bakının Sabunçu rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Cipdh-fd.com” “Report”a istinadən xəbər verir ki, 40 saylı sərnişin avtobusu hərəkətdə olarkən “KamAZ” markalı avtomobillə toqquşub.

Nəticədə avtobusda olan sərnişin, 1966-cı il təvəllüdlü Əliyeva Adikə İsa qızı aldığı xəsarətlərdən vəfat edib.

Hadisənin təfərrüatı araşdırılır.