Şəhid İsmayılov Veyis Əflətun oğlunun Mövlud Tədbiri ( FOTO VİDEO )

190

«CİPDH-FD» «Fatehelr» online informasiya agentliyinə istinadən xəbər verir ki, 44 Günlük Vətən müharibəsində igidlik göstərən şəhid İsmayılov Veyis Əflatun oğlu 1996-ci il fevralın 23-də Yevlax rayonunda anadan olub, ailənin sonbeşiyidir. 2001-2005-ci ildə Yevlaxda 9 saylı orta məktəbdə təhsil almağa başlayıb. 2006-cı ildə isə ailəsi ilə birlikdə Bakıya gələrək təhsilini Zabrat qəsəbəsi 307 saylı orta məktəbdə davam etdirib. 2014-cü ildə Qazax rayonunda hərbi xidmətdə olub. Vətən müharibəsində manqa komandiri kimi iştirak edən Veyis İsmayılov oktyabrın 13-də Suqovuşan istiqamətində ayağından qəlpə yarası alır və qanitirmədən şəhid olur. Anası Zeynəb İsmayılovanın sözlərinə görə, oğlunun meyiti 35 gündən sonra tapılaraq noyabrın 17-si Bakıya gətirilərək dəfn olunub. ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN!!!