ŞƏHİD HƏSƏN QULİYEV

8868

Quliyev Həsən Yalçın oğlu 9 iyul 2002-ci ildə Qobustan rayonunun Sündü kəndində kasıb bir ailədə, anadan olub. Sündü kəndi Şikar Şikarov adına orta məktəbi bitirib. Ailəsi 5 nəfərdən ibarət olub: ata,ana və 3 qardaş.

Atası Quliyev Yalçın Əmirağa oğlu II ci qrup əlil, Anası Quliyeva Ziyafət Qaraxan qızı evdar xanım. Kiçik qardaşı Quliyev Orxan 2006 mayın 15i təvəllüdlü, nitq qüsurludur.. Evin böyük oğlu elə Həsən özü idi. Həsən çox sakit, ürəyi təmiz, həssas, kövrək, ağıllı bir gənc idi. Həsən kasıbçılıqla böyümüş olsa da, hər zaman gözü tox uşaq kimi tanınıb. Əsgərlikdən gələndən sonra böyüdüyü o kiçik evi böyüdəcək, kənd təsərrüfatı ilə məşğul olacaqdı. Arzuları yarımçıq qaldı…

Məktəbi bitirdiktən sonra işləmiş, bir neçə ay ailəsinə dəstəy olmuşdu. Orta məktəbi bitirdiktən sonra peşə məktəbi, sürücülük ixtisasına qəbul olub və sürücülük vəsiqəsi alıb. Daha sonra isə 2020-ci il iyul ayının 17-si hərbi xidmət üçün Füzuliyə yola düşüb. Həsən əsgər getdiktən 3 ay sonra isə ikinci Qarabağ müharibəsi başlayıb. İlk döyüşü Füzulidə başlayıb. Füzuli, Xocavənd uğrunda gedən döyüşlərdə şücaətlə iştirak edib. Noyabrın 1-i Şuşa istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.Ailəsi onun ölümündən 10 gün sonra xəbərdar olub. Noyabrın 12-si şəhid Həsən Quliyev xalqın böyük izdihamı ilə uğrunda can verdiyi torpağa tapşırılıb.

Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə şəhid Həsən Quliyev “Füzuli uğrunda”, “Xocavənd uğrunda” və “Vətən uğrunda” medalları ilə təltif olunub.

Ruhun şad olsun, şəhidim!

  • Sən ömründə bir dəfə,
  • Təzə paltar geymədin.
  • Yoxsulluqla böyüyüb
  • Heç paxıllıq bilmədin.
  • Kasıblığın zülmünü,
  • Çəkdin uşaq yaşından.
  • Gözəl arzular keçdi,
  • Sənin də yaddaşından.
  • Deyirdin:”ev tikəcəm,
  • Anam rahat olacaq.”
  • Nə biləydim ki, balam,
  • Belə cavan solacaq.
  • Arzular bircə-bircə
  • Daş oldu ürəyimdə.
  • Bala, sən gedən gündən
  • Yoxdur bir köməyim də.
  • Uşaqlıqdan əlləri,
  • Zəhmətə alışanım.
  • Qayıt, gözümün nuru,
  • Torpağa qarışanım.