“Səhhətim pisdir, həkim olsaydı, məni sağaldardı” — Tağı Əhmədov

195

“1,5 ildən artıqdır ki, ayaqlarım tutulub”.

“Qafqazinfo” xəbər verir ki, bunu «Qaynarinfo»ya açıqlamasında «Bakı metropoliteni»nin sabiq rəisi Tağı Əhmədov deyib.

Keçmiş rəis səhhətinin çox pis olduğunu bildirib:

“İlyarımdır yeriyə bilmirəm. Bilmirəm, nəyə görə bu xəstəliyə tutuldum. Xəstəliyimin konkret diaqnozu “Miyelit”dir (onurğa-beyin iltihabı)”.

Tağı Əhmədov vurğulayıb ki, xaricdən Bakıya yenicə qayıdıb:

“Bir ildir Türkiyədə müalicə olunurdum. Almaniyaya da getdim. Xeyri yoxdur. Həkim olsaydı, məni sağaldardı. Həkim yoxdur. Olsaydı, konkret müalicəmi deyərdi”.