Səadət Butanın 71-illik yubileyinə həsr edilmiş tədbir (FOTO VIDEO)

217

Həyatı

1951-ci il tarixində Gürcüstan Respublikasının Qızılkilsə kəndində müəllim ailəsində anadan olub. 1968-ci il tarixində Qızılkilsə orta məktəbini bitirmişdir.

2003-cü ildə müqəddəs Həcc ziyarətinə getmişdir. 2001-ci ildə 50 illik yubileyi ilə əlaqədar Gürcüstan Respublikası tərəfindən «Şərəf» medalı ilə təltif edilmişdir. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

«Borçalı» İctimai cəmiyyətinin qadınlar şurasının sədridir.

Hazırda 70 yaşlı şairə yazıb yaratmaqla öz həyatını davam etdirir.

Yaradıcılığı

İlk şerini 6-cı sinifdə oxuyarkən yazmışdır.

Şeirləri Gürcüstanın, Azərbaycanın qəzet, jurnallarında, almanaxlarda yayınlanıb. 50 illik yubileyində, iki ölkə arasında dostluq və mədəni əlaqələr sahəsindəki xidmətlərinə və yaradıcılıq uğurlarına görə Gürcüstanın “Şərəf” medalı ilə təltif edilmişdir.

İndiyədək on beş kitabı işıq üzü görüb. Şerləri gürcü dilinə də çevrilib. «Dmanısi» poeması Gürcüstanda yaşayan Azərbaycanlıların gürcü dili dərsliyinə salınmışdır. Qardaş Türkiyədə gənc alimlər iki kitabı üzrə müdafiə edib. Qardaş ölkənin əksər şəhərində festivallarda iştirak etmiş, uğurlar qazanmışdır. Ankarada kitabı işıq üzü görüb.

Məşhur “Aşıq Pəri” Məclisinin qurucularından biri və sədr müavinidir. “Aşıq Pəri” Məclisinin xətti ilə döyüşən əsgərlərimiz qarşısında çıxışlar etmiş, onlara ruh vermişdir.

Bir çox şeirlərinə musiqilər bəstələnib. Qımqımalardan on iki xalq mahnısı yaratmışdır. Üç dastan yaratmışdır.

“Dağlar məni çağırır”, “Həsrət çələngi”, “Vətən həsrəti”, “Tanrı payı”, “Haqqın Butası”, “Buta dünyası”, “Mənim körpəm, mənim dünyam”, “Bələndim Kəbə nuruna”, “Hər dərdimin, vallah, başı vətəndi”, “Başkeçid yaylası, anam laylası”, “Sazın, sözün Butası”, «Borçalı Karapapaq Çelengi», «Ürəyim bal pətəyidir», «Məmməd Həsrəti», «Butalar Butası, Səadət Buta» kitablarının müəllifidir.

Ailəsi

1982-ci il tarixində həyat yoldaşı Abbas Abdul­la­yev rəhmətə getmişdir. Onun 4 övladı, 9 nəvəsi vardır.

1970-ci il təvəllüdlü böyük oğlu Məmməd Abdullayev 2017-ci il aprelin 13-də vəfat etmişdir və 2 övladı var.Oğlunun adı Abbas,qızının adı Səadətdir.Məmməd Abdullayev hər 2 övladına valideynlərinin adını qoymuşdur

Əsərləri

  1. Dağlar məni çağırır,
  2. Həsrət çələngi,
  3. Vətən Həsrəti,
  4. Tanrı Payı,
  5. Haqqın Butası,
  6. Buta Dünyası
  7. Mənim körpəm, mənim dünyam,
  8. Bələndim Kəbə nuruna,
  9. Hər dərdimin, vallah, başı vətəndi,
  10. Başkeçid yaylası, anam laylası,
  11. Sazın, sözün Butası.