Qurbanqulu Berdıməhəmmədovun oğlu Türkmənistan Prezidentliyinə namizəd olub

218

Türkmənistan Prezidenti Qurbanqulu Berdıməhəmmədovun oğlu Sərdar Berdıməhəmmədov ölkədə keçiriləcək növbədənkənar prezident seçkilərində namizədliyini irəli sürüb.

“Report” xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Xatırladaq ki, martın 12-də Türkmənistanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Mərkəzi Asiya ölkəsində prezident 7 il müddətinə seçilir.