Şənbə günü səhər tezdən Qəzza zolağından İsrailə onlarla raket atılıb.
Təl-Əviv də daxil olmaqla ölkənin cənubu və mərkəzi hədəfə alınıb.
İsrail hakimiyyəti təcili olaraq cənubda bomba sığınacaqlarının açılmasını əmr edib. İki nəfərin öldüyü barədə məlumat var.
Terrorçuların Qəzza zolağından İsrailə sızdığı barədə də xəbərlər yayılıb.