“Qələbəyə Gedən Yol”

391

Azərbaycan Ordusunun qəhrəmanlıq salnaməsinə növbəti şanlı səhifə kimi yazılan Tovuz döyüşlərindən iki il keçir. Təxribatçı əməllərindən əl çəkməyən Ermənistan ordusunun növbəti diversiyasının qarşısının alınması ilə başlayan beş günlük iyul döyüşlərində rəşadətli Ordumuz düşmənə sarsıdıcı zərbə vuraraq onun çirkin niyyətinin qarşısını sərt şəkildə aldı. Tovuz döyüşləri də Azərbaycanın hərb tarixinə zəfər döyüşü kimi daxil oldu. Döyüşlər bir daha göstərdi ki, Azərbaycan Ordusu düşmənin hər cür təxribatlarının və gözlənilməz hücumlarının qarşısını qətiyyətlə almaqda çətinlik çəkmir. Beləliklə, Tovuz döyüşləri Ermənistanın hərbi gücsüzlüyünü, onun geosiyasi nüfuzunun zəifliyini və Azərbaycan Ordusu qarşısında məğlub olacağını bir daha göstərmiş oldu. Bütün bunlar xalqımızın döyüş ruhunun nə qədər yüksək olduğunu nümayiş etdirdi. Bu isə sonda  mənfur düşmən üzərində qazanılacaq böyük qələbəmizin addım səsləri idi. Bu gün Əbədi Birlik GİB təşkilatçılığı ilə Sabunçu Gənclər Evində Tovuz Döyüşlərinin il dönümünə həsr olunmuş “Qələbəyə Gedən Yol” adlı sərgi və musiqili kompozisiya keçirilmişdir. Tədbirdə  Əbədi Birlik təşkilatının sədri-Şahin Əliyev, baş katib isə Sübhan Şərifov çıxış etmişlər. Şahin Əliyev öz çıxışında “Çox şadam ki, bu mövzuda bizi dəstəkləyirsiniz. Hərkəsə dərin minnətdarlığımı bildirirəm. Tədbir zamanı xüsusilə rəsm sərgilərimiz və musiqi kompozisiyası  nümayiş olunacaq. Ali baş komandanın qətiyyəti, ordumuzun qüdərti və xalqımızın birliyi sayəsində qələbə qazanmışıq! Hər birinizə minnətdaram!” Sübhan Şərifov isə “Salam,təşəkkürlər! Çıxışıma başlamamışdan əvvəl qapılarını biz gənclərə açan Sabunçu gənclər evinə, təklifimizi qəbul edib gələn Fəxri qonaqlarımıza, gənclərimizə təşəkkür edirik.
Tovuz döyüşləri şanlı zəfərimizin ayaq səsləri idi. 
Cənab prezidentin gənclərə verdiyi böyük dəstək ,diqqət sayəsində biz gənclər olaraq nə xoş ki, bu tarixi günü şəhidlərimizi,ərazilərimizi yad etmə fürsəti əldə etdik” demişdir. Sərgi və kompozisiya zamanı Əbədi Birlik Gənclər İctimai Birliyinin mədəniyyət klubunun musiqiçilərinin ifası və rəssamlarının əsərləri nümayiş olunub. Rəssamlardan-Mastanzadə Durna,Ağayeva Aytən, Rzazadə İnci,Əsgərli Sadiq, Əliyeva Naidə, İsmayılova Nuranə,Aysurə Həsənovanın rəsm əsərləri nümayiş olunmuşdur.
Ssenaristlərdən Məmmədli Cəmilə,Nəzərov Kənan,musiqiçilərdən isə Baqdayev Musa, Məmmədli Cəmilə,  Hacıyev Rəvan, Osmanova Nərgiz,Həmidov Əli,Hüseynzadə Mirnihad,Röya Məmmədzadə və Əsgərov Malik iştirak etmişlər.   Həmçinin,tədbirdə fəxri qonaq olaraq Əbədi Birlik GİB fəxri üzvü BMT-nin tərəfdaşı olan Beynəlxalq İnsan hüquqları müdafiəsi komitəsinin üzvü, Prezident mükafatçısı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Mirdaməd Əzizov çıxış etmişdir. O öz çıxışında deyib: “ Biz hər zaman qazilərimizi qiymətləndiririk.İstər dövlət, istərsə də fərd olaraq qazilərimizi, şəhidlərimizi vətən müharibəsi iştirakçılarımızı dəstəkləyirik. Onların  arxasındayıq,onların qayğısına qalırıq və beləcə də şəhid ailələrinin hər zaman yanındayıq. Müəyyən qədər bizi sosial mediadan izləyən tələbələrimiz var. Biz hər zaman çalışırıq ki,şəhid analarımızın yanında onlara mənəvi dəstək olmağa çalışırıq. Mən sonda hər birinizə təşəkkür edirəm.
Bu lazımlı mövzu barəsində tədbir təşkil etmisiz və çox  şadam ki ,mənimçün qürur verici və sevindirici haldır. Bir daha hər birinizə təşəkkür edirəm.
Tədbirdə iştirak edən bütün gənclərə uğurlar arzulayıram. Həqiqətən də çox savadlı, yüksək intelektuala malik gənclərsiniz” Daha sonra Xudafərin Gənclərin İnkişafı Hərəkatının sədri Aysurə Həsənova öz çıxışında “Salam,əziz tədbir iştirakçıları!
Hər birinizi belə vətənpərvər tədbirdə görməyə çox şadam.
Biz daima şəhidlərimizi yad edirik.
Çünki şəhidlər şəhid olanda yox,unudulanda ölürlər.
Belə bir tədbiri təşkil edib şəhidlərimizi unutmadığı üçün Əbədi Birlik gənclər ictimai birliyinə və onun bütün heyətinə təşəkkürlərimi bildirirəm.
Xüsusilə bizi bu gün Xudafərin Gənclər Hərəkatını tədbirə dəvət edən Şahin bəyə minnətdarlığımı bildirirəm.
İnşAllah,bu tədbirimizi  Qarabağda,bir Cəbrayıllı olaraq,Cəbayılda və digər azad olunan rayonlarda keçirərik” bildirmişdir. Sonda isə  II Qarabağ müharibəsinin veteranı, qazi Səfərov Sabir çıxış edərək bildirmişdir ki, “ Məni bu tədbirə dəvət etdiyiniz üçün sizə dərin minnətdarlığımı bildirirəm. Müharibəyə gedən yol,Tovuz döyüşlərindən keçmişdir. Vətənimizin igid,mərd oğulları gözünü yummadan səngərdə hər dəqiqə düşmənlə qəhrəmancasına,vətən əzmi ilə vurulmuşlar. Biz onsuz da qalib olacağımıza inanırdıq və qalib olduq. Allah bütün şəhidlərimizə rəhmət etsin!” Tədbirin başlanğıcında Azərbaycan Respubliklasının Dövlət himni səsləndirilib, şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə  Mədəniyyət klubunun gəncləri bir daha bu güclü həmrəyliyin, yenilməz ruhun əbədi olacağını bir daha öz çıxışları ilə təsdiqləmişdir.
 
Şəhid və qazilərimiz Əbədi Birliyimizin təməlidir!

Nəzrin Bünyatova.

CİPDH-FD.