Prezidentlər Füzulidə yeni evlərə köçürülmüş sakinlərlə görüşüblər

155

Avqustun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, xanımı Ziroatxon Mirziyoyeva Füzuli şəhərində MİDA yaşayış kompleksində yeni evlərə köçürülmüş sakinlərlə görüşüblər.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.