Prezident İlham Əliyev beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb

136

Prezident İlham Əliyev Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə oktyabrın 20-də Azərbaycan paytaxtında keçirilən “Neokolonializm: İnsan hüquqlarının pozulması və ədalətsizlik” adlı beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb.

Müraciəti Prezidentin köməkçisi — Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev oxuyub.

Qeyd edək ki, Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən konfransda Azərbaycan, Böyük Britaniya, Əlcəzair, Keniya, Fransa, Mərakeş, Mali, Efiopiyadan, eləcə də Fransanın dənizaşırı əraziləri olan Fransa Qvianası, Fransa Polineziyası, Qvadelupe, Martinika, Yeni Kaledoniyadan, həmçinin Fransanın xüsusi statusa malik 18 regionundan biri Korsika adasından olan nümayəndələr iştirak edirlər.