Parlamentdə Fransa Korsika ilə “vuruldu”: BMT Təhlükəsizlik Şurasında müzakirəyə çıxarılsın

201
TOPSHOT - A protester throws a Molotov cocktail in Corte on March 6, 2022 during a rally in hommage to Yvan Colonna, following the assault of the pro-independence activist in the prison of Arles. (Photo by Pascal POCHARD-CASABIANCA / AFP)

“Heç kimin ixtiyarı yoxdur ki, ümumbəşəri dəyərləri özününküləşdirsin və demokratiya adı altında digərlərinə dərs keçsin”. 

Bunu Milli Məclisin iclasında deputat Səməd Seyidov Fransanın Azərbaycana qarşı verdiyi bəyanatlara münasibət bildirərkən deyib. 

Millət vəkili qeyd edib ki, Fransa insanlıq əleyhinə bütün cinayətlərdə hədləri aşıb. 

“Bu gün Fransa öz siyasətinin davamı olaraq Korsikada güc tətbiq edir, aksiya iştirakçılarına işgəncələr verilir. 

Biz Fransaya çağırış edirik ki, Korsikada insan hüquqlarına hörmətlə yanaşsın. Təklif edirik ki, bu məsələ BMT Təhlükəsizlik Şurasının iclasında da qaldırılsın”, — deyə o əlavə edib.

Bildirək ki, rəsmi Paris Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsində İrəvanın mövqeyindən çıxış edən bəyanatlar verir. 

Xatırladaq ki, Korsika adasında Fransa hökuməti əleyhinə mitinqlər keçirilir. Fransanın erməniləri dəstəklədiyi təqdirdə, müstəqillik üçün nümayişlər edən korsikalıları həbs etməsi Fransada etirazlar yaradıb. 

Fransa Korsikanın müstəqilliyini tanımaqdan imtina edir.