Nazirlikdən müəllimlərin gələnilki sertifikasiyası xəbərinə REAKSİYA

122

Elm və Təhsil Nazirliyi 2024-cü ildə hansı müəllimlərin sertifikasiya imtahanlarına cəlb olunacağına dair yayılan məlumatlara reaksiya verib.

Modern.az-ın məlumatına görə, nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bununla bağlı deyib:

“Ötən gündən başlayaraq müəllimlərin sertifikatlaşdırılmasına dair müxtəlif zonalar üzrə cədvəllər dərc olunur. Bu məlumatların heç bir əsası yoxdur.

Bizim media resurslarımız lazım olan vaxtda bütün məlumatları çatdıracaq”.