Laçında «Ural» qəzaya düşdü — “Azərenerji”nin 2 əməkdaşı öldü

145

Sentyabrın 19-da saat 09 radələrində Laçın rayonu Mollalar kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. 

DİN-in mətbuat xidmətinin regional qrupundan  bildirilib ki, “Ural” markalı avtomobilin qəzaya uğraması nəticəsində Azərenerji-nin əməkdaşları – Məmmədov Məhəmməd Mübariz oğlu və Məmmədov Gülağa Gülməmməd oğlu həyatlarını itiriblər. 

Araşdırma aparılır.