İstanbulda silahlı hücum — Ölən və yaralananlar var

191

İstanbulun Qaziosmanpaşa səmtində naməlum şəxs və ya şəxslərin silahlı hücumu nəticəsində bir nəfər ölüb, dörd nəfər yaralanıb.

“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, beş nəfərlik qrup siahlı hücuma məruz qalıb.

Hadisə yerinə polis və təcili tibbi yardım xidməti cəlb edilib. Həkimlərin bütün müdaxilələrinə baxmayaraq, yaralılardan birinin həyatını xilas etmək mümkün olmayıb.

Yaralılar xəstəxanaya yerləşdirilib. Polis şübhəliləri axtarır.