İsrail həlak olan hərbçilərinin sayını açıqladı

138

İsrail ordusu HƏMAS-la toqquşmalarda daha 16 hərbçisinin həlak olduğunu açıqlayıb.

Bu barədə TRT məlumat yayıb.

Məlumata görə, HƏMAS-ın ötən gün başlayan və bu gün də davam edən hücumlarında həlak olan İsrail əsgərinin sayı 73-ə yüksəlib.

Qeyd edək ki, 7 oktyabrda HƏMAS və “İslami-Cihad”ın hücumu ilə İsraildə müharibə başlayıb.