İRAN DÖVLƏTİNƏ QARŞI CİPDH TƏRƏFİNDƏN BƏYANAT

305

İranın son dövrlərdəki təxribatları Dünyada sülhün bərqərar olmasına mənfi təsir göstərməklə yanaşı, dünya ölkələri arasında narahatlıqlara səbəb olmuşdur.
Milli sərvətlərini ayrı-ayrı ölkələrdə təsir güclərinin yaradılmasına və saxlanmasına, stabilliyin pozulmasına yönəltmiş İran bu gün bütün dünyada terroru dəstəkləyən ölkə kimi tanınır. Təsadüfi deyil ki, İran müasir dünyanın ən çox sanksiyaya məruz qalmış 3 ölkəsindən biridir.
İrandakı diplomatik missiyalara qarşı əvvəllər də təhdid cəhdləri olub, bu kimi halların qarşısının alınması, diplomatik missiyaların təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görülməsi İran qarşısında davamlı qaldırılıb. Təəssüf ki, son qanlı terror hücumu bu istiqamətdə təkidli müraciətlərə lazımi həssaslıq göstərilməməsinin ağır fəsadlarını nümayiş etdirir.
Bir daha İran dövlətini beynəlxalq konvesiyaya riayət etməyə çağırırıq.