İldırımzadənin polkovnik qohumunu öldürən şəxsə 20 il həbs tələb edildi

221

Xətai rayonunun sabiq prokuroru Yusif İldırımzadənin qardaşının qaynı Tahir Tağıyevi xüsusi amansızlıqla öldürməkdə təqsirləndirilən Elmar Hüseynova cəza istənilib.

«Qafqazinfo» xəbər verir ki, Bakı ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə məhkəmə istintaqı yekunlaşıb. Prokuror çıxışında E.Hüseynova 20 il həbs cəzası verilməsini istəyib.

Qeyd edək ki, hadisə 2020-ci ilin sentyabrında paytaxtın Nərimanov rayonunda baş verib. 1948-ci il təvəllüdlü Tahir Tağıyev E.Hüseynov tərəfindən evində qətlə yetirilib.

Qətlə yetirilən Tahir Tağıyev isə uzun müddət daxili işlər orqanlarında çalışıb. O, paytaxtın Nərimanov və Binəqədi rayon polis idarələrində müxtəlif vəzifələrdə, o cümlədən iki polis bölməsində rəis olub. Bir neçə il öncə polkovnik rütbəsində təqaüdə çıxıb.

Məhkəmənin növbəti iclasında E.Hüseynova hökm oxunması gözlənilir.