Домой CIPDH-FD AZƏRBAYCAN Hulusi Akar da koronavirusa yoluxdu

Hulusi Akar da koronavirusa yoluxdu

128

Türkiyənin milli müdafiə naziri Hulusi Akar koronavirusa yoluxub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi tvitter hesabında bildirilib.

“COVID-19 testim pozitiv çıxıb. Çox şükür səhhətim yaxşıdır. Lazımi tədbirləri görüb işlərimizə davam edirik” — H.Akar qeyd edib.

Qeyd edək ki, ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla xanımı Əminə Ərdoğanın da COVİD-19-a yoluxduğu açıqlanmışdı.