Türkiyənin milli müdafiə naziri Hulusi Akar koronavirusa yoluxub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi tvitter hesabında bildirilib.
“COVID-19 testim pozitiv çıxıb. Çox şükür səhhətim yaxşıdır. Lazımi tədbirləri görüb işlərimizə davam edirik” — H.Akar qeyd edib.
Qeyd edək ki, ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla xanımı Əminə Ərdoğanın da COVİD-19-a yoluxduğu açıqlanmışdı.