Azərbaycan ordusunun Vətən müharibəsində Cəbrayılın 3 kəndini və bir neçə strateji yüksəklikləri azad etməsindən üç il ötür.
Bununla bağlı 2020-ci il oktyabrın 5-də Prezident İlham Əliyev rəsmi “X” səhifəsində paylaşım etmişdi.
Həmin paylaşımı təqdim edirik:
“Bu gün Azərbaycan ordusu Cəbrayıl rayonunun Şıxəli Ağalı, Sarıcalı, Məzrə kəndlərini və müxtəlif istiqamətlərdə bir neçə strateji yüksəkliyi azad etmişdir.
Qəhrəman ordumuzun uğurlu əməliyyatı davam edir. Qarabağ Azərbaycandır!”.
