HƏMAS-ı məğlub etməsi aylar çəkəcək — Sabiq nazir

113

İsrailin Fələstinin HƏMAS hərəkatını məğlub etməsi aylar çəkəcək.

Bunu İsrailin fövqəladə hallar kabinetinin üzvü, ölkənin keçmiş müdafiə naziri Benni Qantz deyib.

O, Hizbullahın müharibəyə qoşulacağı təqdirdə vəziyyətin daha çətin olacağını bildirib

«Bu müharibə çox vaxt aparacaq. Cənubda, lazım gələrsə, şimalda və ya başqa yerlərdə müharibə aylarla davam edə bilər. Yenidənqurma isə illərlə davam edəcək», — Qantz vurğulayıb.

Sabiq nazir deyib ki, məqsəd təkcə HƏMAS-ı məğlub etmək deyil, cənubun 100 faiz cənnətə çevrilməsini təmin etməkdir: «Müharibədə hər bir döyüş cəbhəsində qələbə qazandıqdan sonra biz özümüzü bu bərpaya həsr edəcəyik”.