Домой NEWS Deputat şagirdlərin dönərdən zəhərlənməsindən danışdı

Deputat şagirdlərin dönərdən zəhərlənməsindən danışdı

172

«Binə qəsəbəsində məktəb uşaqları dönərdən zəhərləniblər. Bəlkə məqam çatıb ki, biz bir bəyanatla çıxış edək və s. Bu nə qədər davam edəcək?»

Bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında deputat Rauf Əliyev deyib.

«Dünən valideynlər yaxınlaşdılar ki, bu nə biabırçılıqdır? Bu məsələyə baxsaq, yaxşı olardı», — deyə deputat bildirib.