Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu koronavirusdan sağalıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə o, Tvitter səhifəsində yazıb:
“Şükür ki, COVİD-19 testlərim mənfi çıxdı. Bu müddətdə dəstəyini və dualarını əsirgəməyən hamıya təşəkkür edirəm. Rəbbim bütün xəstələrimizə şəfa versin”.