BMT tərəfdaşı Beynəlxalq İnsan Hüquqlarının müdafiəsi komissarlığının Orta Asiya üzrə eksperti CİPDH mayoru Mirdaməd Əzizov qardaş Türkiyə respubilkasında rəsmi səfərdə oldu

212

BMT tərəfdaşı Beynəlxalq İnsan Hüquqlarının müdafiəsi komissarlığının Orta Asiya üzrə eksperti CİPDH mayoru Mirdaməd Əzizov qardaş Türkiyə respubilkasında rəsmi səfərdə oldu. Səfər çərçivəsində Ankara şəhərində Türkiyə Milli Savunma Bakanlığı Emekli Astsubaylar Derneği Genel Başkanlığında TEMAD genel başkanı cənab Hamza Dürgenlə görüş keçirildi. Görüş zamanı Türkiyə-Azərbaycan qardaşlığı və 2023-cü il üçün birgə fəaliyyət, qarşıya qoyulan tapşırıqların həyata keçirilməsi mövzusunda geniş söhbət edildi. Hər iki qardaş ölkənin vətəndaş cəmiyyətlərinin qarşılıqlı fəaliyyətinin vacibliyi qeyd olundu. Sonra Mirdaməd Əzizov TEMAD genel başkanlığının xatirə kitabına öz ürək sözlərini yazaraq, görüşdən məmnunluğunu ifadə etdi.
Sonda CİPDH mayoru Mirdaməd Əzizov TEMAD başkanı cənab Hamza Dürgenə «Hacı Zeynalabdin Tağıyev» 1 ci dərəcəli medalını təqdim etdi. Eyni zamanda TEMAD başkanı cənab Hamza Dürgen Türkiyə Milli Savunma Bakanlığı Emekli Astsubaylar Derneği Genel Başkanlığının (TEMAD) fəxri plaketini cənab mayor Mirdaməd Əzizova təqdim etdi. Xatirə şəkilləri çəkilərək görüş sona yetdi.