BMT-nin Beynəlxalq Məhkəməsi Rusiyadan Ukraynadakı müharibəni dayandırmağı tələb edib

190

BMT-nin Beynəlxalq Məhkəməsi Rusiyanın Ukraynada fevralın 24-də başlatdığı “xüsusi hərbi əməliyyatı” dərhal dayandırmasını tələb edən qərar qəbul edib.

Məhkəmənin qərarında qeyd olunub ki, hər iki tərəf münaqişəni gərginləşdirən və ya uzadan, onun həllinə mane olan hər hansı hərəkətdən çəkinməlidir.

Xatırladaq ki, fevralın 27-də Haaqa Beynəlxalq Məhkəməsində Ukrayna tərəfindən Rusiyaya qarşı iddia qaldırılıb. İddia üzrə məhkəmə iclasları martın 7-8-də keçirilib.

Mənbə: meduza.io