Birinci vitse-prezident Mehriban Əliyevadan Qələbə Günü təbriki — FOTO

171

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə veteranları təbrik edib.

Bununla bağlı Birinci vitse-prezident sosial şəbəkədə paylaşım edib.

“Faşizm üzərində Qələbə Günü münasibətilə bütün veteranlarımızı təbrik edir, hər bir vətəndaşımıza möhkəm cansağlığı, ölkəmizə sülh və tərəqqi arzulayıram!” – paylaşımda deyilir.