«AzərKitab» Kitab Mərkəzində «Seyfəli və Seyfəlilər» Kitabının təqdimat tədbiri keçirildi (FOTO VİDEO)

398

Seyfəlinin Tarixi Seyfəli Şəmkir rayonunun Seyfəli inzibati ərazi vahidində kənddir. Şamxor çayının sahilində, Kicik Qafqazın ətəyindədir. Bəzi ədəbiyyatlarda Şamaxı rayonu ərazisində də Aşağı Seyfəli yaşayış məntəqəsinin olduğu göstərilir. 1917-ci ildə Seyfalı variantında qeydə alınmışdır. Etnotoponimdir. Seyfalı dərəsi (Daşkəsən), Seyfalas/Seyfalısu (Qəbələ) oronim və hidronimi də seyfalı etnonimi ilə bağlıdır. XIX əsrə aid sənədlərdə Gəncə qəzasında maldarlıqla məşğul olan seyfəli (seyfəlli) elatı haqqında məlumat verilir. Onlar əsasən Şəmkir çayından çəkilmış Kotançı arxın kənarında yaşayırdılar. Oykonim «Aşağıda yerləşən Seyfəli kəndi» mənasındadır

İqtisadiyyatı: Əsas təsərrüfatı heyvandarlıq və əkinçilikdir.