Azərbaycanla buna hazıram — Berdiməhəmmədov

116

Türkmənistan Azərbaycanla əlaqələrə böyük əhəmiyyət verir və onu daha yüksək səviyyəyə qaldırmağa hazırdır.

Bunu Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov 18 oktyabr Müstəqilliyin Bərpası Günü Münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı təbrikində bildirib.

“Azərbaycan Respublikası sosial-iqtisadi sahədə yeni zirvələrə yüksəlməklə yanaşı, beynəlxalq aləmdə nüfuzunun artırılması istiqamətində də inamla irəliləyir. Biz Türkmənistan və Azərbaycan Respublikası arasındakı qardaşlıq münasibətlərinə böyük əhəmiyyət veririk. Sizinlə birlikdə Türkmənistan-Azərbaycan əməkdaşlığını daha yüksək səviyyəyə çatdırmaq üçün bundan sonra da səy göstərməyə hazır olduğumu bildirirəm”, — Berdiməhəmmədov bildirib.

Məktubun mətni rəsmi “Neytral Türkmənistan” qəzetində dərc olunub.