«Azərbaycanın Zəngəzur dəhlizi ilə bağlı «B» planı var» — Ceyhun Bayramov

159

Azərbaycanın Zəngəzur dəhlizi ilə bağlı «B» planı var.

Bu barədə xarici işlər naziri Ceyhun Bayramov Macarıstana səfəri zamanı bildirib. 

Nazir dəhlizin 2020-ci ildə əldə olunmuş üçtərəfli razılaşmaların tərkib hissəsi olduğunu deyib: «2020-ci ilin noyabr və 2021-ci ilin yanvar üçtərəfli bəyanatları əsasında üç ölkənin baş nazirinin müavinləri səviyyəsində işçi qrup yaradılıb. Üç ilə yaxındır ki, işlər gedir».

Bayramovun sözlərinə görə, yekun anda Ermənistan birdən-birə yeni nəsə ortaya qoyur ki, bu da prosesi yenidən dalana aparır: «Azərbaycan «B» planına malik olmaqla bu istiqamətdə fəaliyyətini davam etdirəcək. Layihə hətta Ermənistanın iştirakı olmadan da həyata keçiriləcək, lakin bu halda o, sadəcə olaraq benefisiarlar siyahısından kənarda qalacaq».