«Azərbaycan dəhliz yaratmaq üçün hərbi addımlar atmaq niyyətində deyil» — Hikmət Hacıyev

147

«Azərbaycan Ermənistanın cənubunda quru dəhlizi yaratmaq üçün hərbi addımlar atmaq niyyətində deyil».

Bunu «Reuters»ə açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi — Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Hikmət Hacıyev qeyd edib ki, Bakı Ermənistan vasitəsilə Naxçıvanla nəqliyyat əlaqəsi yaratmaq istəyir. O, bunun hər iki ölkə və region üçün daha faydalı olacağını bildirib: «Azərbaycanın Ermənistan Respublikasının suveren ərazisində heç bir hərbi məqsədi və ya hədəfi yoxdur. Bu, Azərbaycanın gündəmindən tamamilə kənardır. Bizim Ermənistana təklifimiz sülh yolu ilə birləşdirici xətlərin, nəqliyyat xətlərinin qurulmasıdır».