Aprel döyüşlərində şəhid olmuş Cavid Dədəkişiyevin ildönümü qeyd olunub

229

11 aprel 2022-ci il tarixdə YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, İmişli rayon İcra Hakimiyyətinin nümayəndələri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsinin rəisi, Millət vəkilinin köməkçisi və digər şəxslər İmişli rayon Qaralar kənd sakini, 2016-cı ilin aprel döyüşləri zamanı cəbhənin Tərtər rayonu Talış kəndi istiqamətində döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan atəş nəticəsində şəhid olan baş leytenant, 1988-ci il təvəllüdlü Dədəkişiyev Cavid Gülbaba oğlunun ildönümü münasibətilə şəhidin ailə üzvlərini ziyarət ediblər.

Səfa Ağayev şəhidin ailəsinə və doğmalarına dərin hüznlə başsağlığı vermiş, torpaqlarımızın müdafiəsi uğrunda şəhid olan Cavid Dədəkişiyevin xatirəsinin imişlililərin qəlbində əbədi yaşayacağını qeyd edərək şəhidlərimizin qanının yerdə qalmadığını, düşmənlərdən qisasının alındığını bildirmişdir.

Prezident İlham Əliyevin Sərəncamı ilə Cavid Dədəkişiyev ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif edilib.

Şəhidin atası övladı Cavid ilə qürur duyduğunu bildirərək şəhidlərin ölməzliyindən, onların əziz xatirəsinin daim yad edilməsindən söz açıb, dövlət tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçıçı, Ali Baş Komandan cənab İlham Əliyevə minnətdarlığını bildirib.