ABŞ-ın dövlət katibi və Ukraynanın XİN başçısı arasında telefon danışığı olub

208

Ukraynanın xarici işlər naziri Dmitro Kuleba və ABŞ-ın dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub.

“Report” xəbər verir ki, bu barədə Ukraynanın XİN başçısı tviterdə yazıb.

“Biz Ukraynanı qorumaq üçün səyləri aktiv şəkildə koordinasiya etməyə davam edirik. Ukraynaya makromaliyyə yardımı göstərmək qərarına görə ABŞ-a minnətdarıq. ATƏT Xüsusi Monitorinq Missiyasının fəaliyyətini də müzakirə etdik. Ukrayna onun tam fəaliyyət göstərməsində maraqlıdır”, — D.Kuleba qeyd edib.