Türkmənistanda prezident seçkiləri kampaniyasına start verilib

188

Türkmənistanın hakim Demokrat Partiyası martın 12-nə təyin edilmiş növbədənkənar prezident seçkilərində Prezident Qurbanqulu Berdiməhəmmədovun oğlu Serdar Berdiməhəmmədovun namizədliyini irəli sürüb.

“Report” xəbər verir ki, partiyanın sonuncu növbədənkənar qurultayında Serdar Berdiməhəmmədov onun namizədliyini dəstəkləyən qurultay iştirakçıları qarşısında çıxış edib.

10:33___________

Bu gün Türkmənistanda prezident seçkiləri öncəsi kampaniyaya start verilib. İlkin mərhələ namizədlərin irəli sürülməsi mərhələsidir.

“Report” xəbər verir ki, ölkənin Seçki Məcəlləsinə əsasən, seçkilərin elan edilməsi tarixinədək qeydiyyatdan keçmiş siyasi partiyalar, həmçinin vətəndaş qrupları namizəd irəli sürmək hüququna malikdir.

Siyasi partiyalar qurultay vasitəsilə öz namizədlərini irəli sürür. Türkmənistanda 3 siyasi partiya fəaliyyət göstərir. Bunlar Türkmənistan Demokrat Partiyası, Türkmənistan Aqrar Partiyası və Türkmənistan Sənayeçilər və Sahibkarlar Partiyasıdır.

Xatırladaq ki, Türkmənistanda növbədənkənar prezident seçkiləri bu il martın 12-də keçiriləcək.