Almaniyada sərnişin qatarları toqquşub, ölən və xəsarət alanlar var

190

Almaniyanın Münhen şəhəri yaxınlığında yerləşən Şeflarn kommunası ərazisində iki sürət qatarı toqquşub.

“Report” xəbər verir ki, bu barədə “Bild” tabloidi məlumat yayıb.

Məlumata görə, qəza yerli vaxtla saat 16:40-da (Bakı vaxtı ilə saat 19:40) radələrində baş verib. Toqquşma nəticəsində 1 nəfər həlak olub, 40 nəfər yaralanıb.

Münhen polisi tviterdəki hesabında hadisə yerində çoxsaylı təcili yardım xidmətlərinin işlədiyini, xəsarət alanların olduğunu, magistral yolun tamamilə bağlandığını xəbər verib.

DPA xəbər agentliyi isə qəza zamanı 10 nəfərin yaralandığını, 1 nəfərin öldüyünü bildirib. “Bayerişer Rundfunk” radiostansiyası isə öz növbəsində 30-a yaxın insanın xəsarət aldığını xəbər verib.