İngiltərədəki Leykenhit bazasından havaya qalxan ABŞ “F-15”ləri NATO-nun şərq cinahını dəstəkləmək üçün Polşanın Lask şəhərindəki 32-ci Taktiki Hava Bazasına çatıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Mariuş Blaşçak açıqlama verib.
«Bu gün ABŞ “F-15” döyüş təyyarələri NATO Hava Polisi missiyasının bir hissəsi olaraq şərq cinahını dəstəkləyəcək Lask aviabazasına gəldi. Təyyarələr fevralın sonuna qədər Polşada qalacaq», — Blaşçak bildirib.
NATO missiyası çərçivəsində Polşaya gələn Amerika döyüş təyyarələrinin Estoniya, Litva və Latviyanın olduğu 58-ci hava məkanı patruluna dəstək verəcəyi bildirilib.
Baltik hava polis qüvvələrinə dəstək verəcək “F15”lər uçuş planlarını və yerlərini bildirməyən Rusiya təyyarələrini aşkar etməyə kömək edəcəyi qeyd edilib.