2025-ci il avqustun 15-də Firdovsi Ələkbərov təşkilat üzvləri ilə birlikdə Göygöldə baş tutan Türk Dövlətlərinin Yaylaq Festivalında iştirak edib.
Tədbirdə müxtəlif ölkələrin nümayəndələri çıxış edərək türk xalqlarının zəngin ənənələrini və mədəni irsini nümayiş etdiriblər. Firdovsi Ələkbərovun rəhbərlik etdiyi təşkilatın iştirakı dövlətlər arasında dostluq və əməkdaşlığın möhkəmləndirilməsinə mühüm töhfə olub.


