Şuşa klubu Çelenc Kubokunda mübarizəyə başlayır

119

Kişi voleybolçulardan ibarət “Xarı Bülbül” komandası bu gün Çelenc Kubokunda mübarizəyə başlayacaq.

Şuşa təmsilçisi 1/32 finalın ilk oyununda Slovakiyanın «TJ Spartak» klubu ilə üz-üzə gələcək.

Bakıdakı Voleybol Mərkəzində reallaşacaq qarşılaşma saat 18:00-da start götürəcək. Qarşılıqlı razılığa əsasən, cavab görüşü də sabah eyni arenada gerçəkləşəcək.