Mincivan qəsəbəsinin işğaldan azad olunmasından 3 il ötür

139

Bu gün — oktyabrın 21-i Zəngilan rayonunun Mincivan qəsəbəsinin Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edildiyi gündür.

Azərbaycanın qədim yaşayış məntəqələrindən biri olan qəsəbənin erməni işğalçılarından təmizlənməsindən 3 il ötür.

2020-ci il oktyabrın 21-də Mincivan qəsəbəsi ilə yanaşı, rayonun Babaylı, Üçüncü Ağalı, Sarıl, Xumarlı, Hacallı, Xurama, Cahangirbəyli, Turabad, İçəri Müşlan, Qıraq Müşlan, Məlikli, Üdgün, Baharlı kəndləri, Cəbrayıl rayonunun Balyand, Papı, Tulus, Tinli kəndləri, Füzuli rayonunun Gecəgözlü, Aşağı Seyidəhmədli və Zərgər kəndləri işğalçılardan azad edilib.

Azad olunan ərazilərə Azərbaycanın üçrəngli şanlı bayrağı sancılıb.