Qəzvində SEPAH-a bağlı şirkətin binası yandırıldı

146

Oktyabrın 11-i gecə saatlarında Qəzvin əyalətinin Takistan şəhərində SEPAH-a bağlı olduğu deyilən «Piştaz-Xodro» avtomobil şirkətinin binası yandırılıb.

Bu barədə yerli sosial media istifadəçilər məlumat yayıblar.

Binanı həmin şirkətdə payı olan və ya bu şirkətdən avtomobil almaq üçün ödəniş edib, ancaq avtomobilləri ala bilməyən şəxslər yandırılıb.

Qeyd edək ki, oktyabrın 11-i səhər saatlarında adıçəkilən avtomobil şirkətinə vəsait qoyan və pullarını geri ala bilməyən yüzlərlə şəxs şirkətin binası qarşısında etiraz aksiyası keçirmişdi.