“İslami Cihad”ın daha bir lideri məhv edildi

130

“İslami Cihad” qruplaşmasının daha bir lideri Əbdülrəhman Şəhab İsrailin Qəzzanı bombalaması nəticəsində ölüb.

Bu barədə “Əl Cəzirə” məlumat yayıb.

Məlumata görə, Cəbaliyə şəhərinin bombardmanı zamanı Şəhabla bərabər ailəsi də həlak olub.

Qeyd edək ki, bu gün “Ynet” nəşri «İslami-Cihad” qruplaşmasının liderlərindən biri Musa Nasirin də Qəzza zolağındakı evində İsrailin ərazini bombalaması nəticəsində öldürüldüyünü yazmışdı.