Barmaqlarını, ayaqlarını və gülüşlərini sığortalayan məşhurlar… — Fotolar

123

Bəzi məşhurlar səsləri və bədənləri ilə pul qazanırlar. Belə ki, bunun üçün onlar bədənlərinin ən dəyərli hissələrini sığortalamağa qərar veriblər.

AzadMedia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sığorta xərclərinin milyonlarla dollara çatdığı siyahıda müğənnilər, futbolçular və aktyorlar var.

2013-cü ildə futbolla vidalaşan əfsanəvi futbolçu Devid Bekhem 2006-cı ildə ayaqlarını 140 milyon dollara sığorta etdirib.

Məşhur musiqiçi Bruce Springsteen səsini 6 milyon dollara sığortalayıb.

Hazırda Səudiyyə Ərəbistanı liqasında çıxış edən portuqaliyalı futbolçu Kriştiano Ronaldo üçün keçmiş klubu Real Madrid 2009-cu ildə məşhur futbolçunun ayaqlarını 144 milyon dollara sığortaladıqlarını açıqlamışdı.

Dünya ulduzu Rihanna 2007-ci ildə bir brend tərəfindən ən gözəl ayaqlı məşhur seçilib. Onun verdiyi qərarla ayaqları 1 milyon dollara sığortalanıb.

Məşhur pop ulduz Madonnanın sinəsi 2 milyon dollar dəyərindədir.

Holli Medison isə sinəsini 1 milyon dollara sığortalayıb.

Məşhur aktrisa Culiya Robertsin təbəssümü 30 milyon dollar dəyərindədir.

“The Rolling Stones” qrupunun baş gitaraçısı Keith Richardsın əlləri 1,6 milyon dollara sığortalanıb.