Xəbər verdiyimiz kimi, oktyabrın 7-də Fələstinin HƏMAS radikal təşkilatı silahlılarının Qəzza zolağından hücumu nəticəsində çoxlu sayda insan həlak olub. Həmin dəhşətli və qorxu dolu anlara öz gözü ilə şahidlik edən Azərbaycanı 2020-2021-ci illərdə «Avroviziya» beynəxalq mahnı yarışmasında təmsil edən, müğənni Samirə Əfəndi olub.
Cipdh-fd.com bizim.media-ya istinadən bildirir ki, Samirə sosial şəbəkə hesabında yeni post paylaşaraq İsraili tərk edə bildiyini açıqlayıb.
«Çox şükür, İstanbula çatdıq. Allah hamını qorusun və səbr versin»- deyə S.Əfəndi yazıb.
Məqaləyə dair fotomateriallar: