Bu ərazimizə 16 sm qar yağdı

147

Oktyabrın 5-i saat 10:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb, bəzi yerlərdə intensiv və güclü olub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Yenixeber.org verilən məlumata görə, Şahdağ, Qoşqar (Daşkəsən) və Gədəbəyin dağlıq ərazilərinə qar yağıb.

Qar örütüyü hündürlüyü Şahdağda 16 sm olub.

Düşən yağıntının miqdarı Lənkəranda 90 mm (aylıq normanın 36%-i), Göyçayda 53 mm (aylıq normanın 90%-i), İsmayıllıda (İvanovka) 52 mm (aylıq normanın 41%-i), Lerikdə 49 mm (aylıq normanın 51%-i), Astara, Yardımlıda 44 mm, Biləsuvarda 34 mm (aylıq normanın 74%-i), Zərdabda 34 mm (aylıq normanın 88%-i), Balakəndə 32 mm, Kürdəmirdə 32 mm (aylıq normanın 69%-i), İmişlidə 31 mm (aylıq normanın 75%-i), Qəbələdə 31 mm (aylıq normanın 25%-i), Qaxda 28 mm, Qrızda 25 mm, Ağsuda 22 mm, Şahdağ, Sabirabadda 21 mm, Beyləqanda 19 mm (aylıq normanın 50%-i), Tərtər, Oğuzda 18 mm, Neftçalada 17 mm (aylıq normanın 38%-i), Ağdam, Biçənəkdə 17 mm, Gədəbəydə 16 mm, Göygöl, Şərurda 15 mm, Mingəçevirdə 15 mm (aylıq normanın 37%-i), Daşkəsəndə 14 mm, Şəkidə 13 mm, Zaqatala, Şamaxıda 12 mm, Naftalanda 11 mm, Sədərək, Zaqatala, Şahbuzda 9 mm, Qobustan, Culfa, Naxçıvanda 8 mm, Gəncə, Yevlax, Ordubadda 7 mm, Xaltan, Bərdə, Cəfərxan, Şirvan, Qusar, Şəmkir, Ceyrançöl, Göytəpə, Kəlvəz, Tovuz, Altıağac, Qubada 6 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək olub.

Şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 18 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.2 metrə çatıb. Şamaxı, Şəki, Balakən, Kürdəmir, Qrızda duman müşahidə olunub.