Qarabağdakı separatçıların rəhbərlərindən olan, Azərbaycanın xüsusi xidmət orqanları tərəfindən saxlanılaraq həbs edilən Ruben Vardanyan susqunluğunu pozub.
Bu barədə Caliber.az xəbər verir.
Qeyd olunur ki, 2022-ci ildə Rusiya vətəndaşlığından imtina edən və Qarabağdakı separatçı rejim layihəsini dirçəltmək üçün Xankəndiyə göndərilən erməniəsilli rusiyalı milyarder Ruben Vardanyan indi çox fəal şəkildə azərbaycanın istintaq orqanlarına açıqlamalar verir — o cümlədən xaricdəki çoxsaylı “etibarlı əlaqələri” ilə bağlı.
Bu açıqlamalardan sonra demək olar ki, Avropa Parlamenti, ABŞ Konqresi, Samanta Pauer, çoxsaylı “jurnalistlər”, “ekspertlər” və “hüquq müdafiəçiləri”nin “başı ağrıyacaq”.
Çünki Azərbaycan tərəfi Ruben Vardanyanın Qərbin əsas siyasətçiləri, jurnalistləri, “hüquq müdafiəçiləri” və “ekspertləri” ilə təmaslarına dair sənədli sübutlar əldə edib, onlarla lobbiçilik (siyasi və informasiya xarakterlidir) fəaliyyətinin müəyyən tapşırıqlarını həyata keçirmək üçün açıq maliyyə sövdələşmələri aparılıb.
“Dünya ictimaiyyəti Ruben Vardanyanın Karnegi Fondu ilə əməkdaşlığının təfərrüatından tezliklə xəbərdar olacaq. Britaniyalı mütəxəssis Tomas De Vaal da hazırlaşmalıdır, onu xoşagəlməz sürprizlər gözləyir, çünki hər sirr bəlli olur. İstintaqın təfərrüatı açıqlananda (və sənədləşdiriləndə) qalmaqallar Avropa Parlamentini, ABŞ Konqresini və Dövlət Departamentini silkələyəcək, heç “kiçik balıqları” demirik.
O da məlum olub ki, Donetsk separatçısı, hazırda Rusiya Federasiyası Dövlət Dumasının deputatı olan Aleksandr Boroday birbaşa Vardanyan tərəfindən maliyyələşdirilib. Ümumiyyətlə, məlum olub ki, Vardanyan Rusiya xüsusi xidmət orqanlarının müvafiq idarəsinin nəzarəti altında Donbas separatizminin dəstəklənməsində fəal iştirak edib.
USAID-in rəhbəri Samanta Pauerin də Ruben Vardanyanla, yumşaq desək, çox yaxın təmaslarının təfərrüatı Azərbaycan tərəfinə məlum olub. Ümumiyyətlə, sadəcə, inanılmaz mənzərə ortaya çıxır — Samanta Pauer timsalında ABŞ administrasiyasının əsas fiqurlarından biri Ruben Vardanyanla əməkdaşlıq edir, o da öz növbəsində eyni vaxtda Ukraynada separatizmi maliyyələşdirir.
Əsas sual budur ki, kim kimin üçün işləyib? İstisna etmək olmaz ki, Ruben Vardanyan erməni ənənələrinə uyğun olaraq ikili agent olub, bunun nəticəsində Rusiya hakimiyyətinin “görən gözləri” ondan, sadəcə olaraq, canını qurtarıb”, — deyə məlumatda bildirilir.