Türkiyənin milli müdafiə naziri Hulusi Akar bu ölkədə səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovu Milli Müdafiə Nazirliyində qarşılayıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyi yayıb.
Nazirlərin təkbətək görüşündən sonra iki ölkənin nümayəndə heyətləri arasında görüş keçirilib.