Ceyhun Bayramov fotolarla sübut etdi — Foto

78

“Bu Ermənistanın ağır hərbi vasitələrinin şəkilləridir. Tamamilə aydındır ki, bu hücum texnikası Azərbaycan ərazisində sülhpərvər məqsədlər üçün yerləşdirilməyib”.

Bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov BMT-nin Təhlükəsizlik Şurasının Qarabağla bağlı iclasında bildirib.

“Heç bir suverən dövlət öz ərazisində belə qanunsuz hərbi mövcudluğu qəbul edə bilməz”, — deyə Bayramov vurğulayıb.

Azərbaycan XİN başçısı, həmçinin 19 sentyabrda mina partlayışı nəticəsində ölən mülki vətəndaşlar barədə də BMT-ni məlumatlandırıb.

“Mina partlayışlarının baş verdiyi ərazi əvvəllər də Azərbaycanın müntəzəm istifadəsində olub, heç bir şübhə yoxdur ki, bu minalar yaxın zamanda əraziyə sızan erməni diversiya qrupu tərəfindən yerləşdirilib”.