Bayden Putini yenə diktator adlandırdı

142

ABŞ prezidenti Co Bayden Rusiya prezidenti Vladimir Putini açıq şəkildə diktator adlandırıb.

Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Nyu-Yorkda Broadvay teatrında keçirilən prezident kampaniyası üçün ianə toplama mərasimində Bayden jurnalistlərə deyib ki, o, “Putin kimi diktatorun” tərəfində olmayacaq.