«Qarabağ»ın Avropa Liqasındakı oyunlarının TƏQVİMİ

144

«Qarabağ»ın UEFA Avropa Liqasının qrup mərhələsindəki oyunlarının təqvimi bəlli olub.

Qurban Qurbanovun rəhbərlik etdiyi komanda sentyabrın 21-də, I turda Norveç «Molde»sini qəbul edəcək.

Ölkə çempionu II turda, oktyabrın 5-də İsveçdə «Hakken»in qonağı olacaq.

«Köhlən atlar» oktyabrın 26-da və noyabrın 9-da, müvafiq olaraq III (səfər) və IV (ev) turlarda Almaniya nəhəngi «Bayer 04» ilə üz-üzə gələcək.

Noyabrın 30-da, V turda «Molde»nin qonağı olacaq ağdamlılar dekabrın 14-də, sonuncu turda Bakıda «Hakken»i sınağa çəkəcək.